Milli Şura üzvləri Rüstəm İbrahimbəyova qarşı
21:44 30-07-2013
CƏMİYYƏT
Milli Şura üzvləri Rüstəm İbrahimbəyova qarşı
"Artıq çıxış yolu görmürəm, çünki Rüstəm İbrahimbəyovun qarşısındakı maneə artıq süni deyil"
Artıq Rüstəm İbrahimbəyova Milli Şuranın öz üzvləridə inanmır. O,iyulun 31-də Azərbaycana gələcəyini desədə,indi məlum olur ki, deyilənlər yalan imiş. Və bu yalan Milli Şurada normal qəbul olunmayıb. "Rüstəm İbrahimbəyovun tələb olunan vaxtda Azərbaycana qayıdacağı, seçki kampaniyasında iştirak edəcəyi barədə nikbin əhval-ruhiyyədə deyiləm".
Bu açıqlamanı Milli Şuranın (MŞ) üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri Rafiq Manaflı verib.R. Manafli qeyd edib ki, Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından Milli Şura yaradılan vaxt imtina etməli idi: "Əks halda, Milli Şura bu cür vəziyyətlə üzləşməzdi. Rüstəm İbrahimbəyov müxalifəti birləşdirmək baxımından düzgün seçilmiş fiqur idi. Lakin mən Rüstəm İbrahimbəyovun vahid namizəd olması məsələsində də bitərəf qaldım. Çünki, Rüstəm İbrahimbəyov Azərbaycana gəlməli, bütün məsələlər müzakirə olunmalı və yalnız bundan sonra Milli Şura vahid namizədini dəqiqləşdirməli idi. Belə olsaydı, bugünkü vəziyyətlə üz-üzə qalmazdıq. Ona görə də bu proseslərlə bağlı nikbin əhval-ruhiyyədə deyiləm".R. Manaflı deyib ki, Milli Şura R. İbrahimbəyovla bağlı yenidən müzakirələr aparmalı və konkret qərarlar qəbul etməlidir: "Hazırda bu məsələdə çıxış yolu görmürəm. Çünki Rüstəm İbrahimbəyovun qarşısındakı maneə artıq süni deyil".
MŞ üzvü istənilən halda Milli Şuranın seçkilərdən kənarda qalmağının əleyhinə olduğunu vurğulayıb: "Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxarılması prosesi uzansa, həmçinin, onun namizədliyi qeydə alınmasa belə, Milli Şura seçkilərdə iştirak etməlidir".Digər Milli Şura üzvü isə ümumiyyətlə Rüstəm İbrahimbəyovu ermənipərəst adlandırıb. "Ziyalı başqa mərtəbədir. Rüstəm İbrahimbəyov tanınmış yazıçıdır. Ziyalı olmaq nəbzin vətən, xalq və cəmiyyətlə birgə vurması deməkdir. Bir yazıçı hesab edə bilər ki, o, ermənilərlə işləyə və sülh tərəfdarı ola bilər. O qəbul edir ki, xalqlar arasında dostluq əlaqələri vacibdir. "Onsuz da müharibə bitəcək, sonda yoldaşlıq və qonşuluq qalacaq. Onda bizi başa düşəcəklər" kimi düşünən insanlar var. Elə insanlar da var ki, düşmənlə müştərək layihələrdə iştirak etməyi heysiyyətinə sığışdırmır. Hətta bilsə ki, bunun müqabilində böyük mükafatlar alacaq, şöhrət qazanacaq, ömründə bu işə əl uzatmaz. Çünki o insanda milli heysiyyət yaşayır. Onun gözünün qarşısında erməninin və rusun birgə fəaliyyəti nəticəsində məhv olmuş Xocalı və vəhşicəsinə qətlə yetirilmiş 30 min Azərbaycan insanı, Azərbaycan torpaqlarında qurulmuş Ermənistan var. Belə insanlar vətəninin bu halını öz ruhunda, əxlaqında və mənəviyyatında yaşayır. Bu hissləri yaşamayan insanı onda olmayan xüsusiyyətlərə görə qınamaq olmaz.Mən Rüstəm İbrahimbəyovu heç qınamıram. Onun Vətən və millət heysiyyəti yoxdursa, biz bu insandan nə istəyirik?! Ona görə də düşünürəm ki, İbrahimbəyov kimi insanlar ermənilərlə işbirliyinə gedər. Elə insanlara ancaq belə fəaliyyət yaraşır". Bu fikirlər isə Milli Şuranın üzvü, yazıçı-publisist, İctimai Palata Koordinasiya Şurasının üzvü Mehriban Vəzirə məxsusdur.
Fuad
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22