İbrahimbəyova qeyri-ciddilik damğası vuruldu
20:51 31-07-2013
CƏMİYYƏT
İbrahimbəyova qeyri-ciddilik damğası vuruldu
"Rəsul Quliyev də deyirdi bu gün gəlirəm, sabah gəlirəm, birisi gün gəlirəm"
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Səyavuş Novruzov Milli Şura üzvlərinin Gürcüstana gedərək Rüstəm İbrahimbəyovla görüşmələrinə münasibət bildirərək deyib ki, bu şoudur. Tbilisi də olsun, ya Rusiyada olsun. Tbilisiyə getmək, ya Moskvaya getmək fərq nədən ibarətdir? Fərq yoxdur.
Bu sadəcə bir şou qurmaqdır. Seçkinin bir taktikasıdır.Vaxtı ilə yadınızdadır, Rəsul Quliyev də deyirdi bu gün gəlirəm, sabah gəlirəm, birisi gün gəlirəm, Tbilisiyə gələcəyəm, Ukraynaya gələcəm, Türkiyəyə gələcəm, ordan gələcəm və s. Həminki bir şeydir. Sadəcə olaraq Milli Şura üzvlərinin gəzmək arzusu olub, getsinlər bir-iki gün qalıb dincəlsinlər, yay vaxtıdır istirahət etsinlər. Ona görə Tbilisini nəzərdə tutublar, yəqin Batumiyə, zada da getmək fikirləri var. Ona görə gedirlər. Başqa burada heç bir şey yoxdur. Yəni onlar ora getsinlər, gəlsinlər heç bir mənası yoxdur.Onlar qüvvə deyil. Onlar bu gün YAP-ın ən kiçik rayon təşkilatının potensialı qədər potensialı olmayan insanlardır. Bəzilər hüquq-mühafizə orqanlarından rüşvət üstündə qovulmuş, indi özünü vəkil adlandıran insanlardır. Bəzilərinin siyasi partiyasında bir möhürü, bir özü, bir adı olan adamlardır. Bəzilər isə siyasi partiyası tərəfindən qəbul olunmayan insanlardır.Millət vəkili həmçinin Rüstəm İbrahimbəyovu özlərinə rəqib görmədiyini də deyib:-"YAP-ın namizədinin nə ölkə daxilində, nə də ölkədən kənar alternativi yoxdur. Ona görə ki, YAP-ın istər özünün gördüyü işlər, istər partiya sədrinin 10 ildən artıq Azərbaycan xalqının qarşısında olan xidmətləri, onun həm iqtisadiyyatda, həm sosial sferada, beynəlxalq aləmdə Azərbaycanı təmsilçiliyi və s. əhali tərəfindən və 600 minlik YAP üzvü tərəfindən dəstəklənir. Həmin insanların təkidli tələbi ilə biz öz qurultayımızda partiya sədrinin namizədliyini irəli sürdük.Qalan hallarda isə istər Milli Şura, istərsə ayrı-ayrı siyasi partiyalar tərəfindən, ayrı-ayrı politoloqlar öz namizədliyini irəli sürmək haqqında fikir söyləyib. Qanunun tələbinə uyğun olaraq Azərbaycanda kim istəyir prezidentliyə namizədliyini irəli sürə bilər. Həm konstitusiya, həm də "Seçki Məcəlləsi"nin tələblərinə riayət etməklə istənilən şəxs namizəd ola bilər.
Mən dəfələrlə müsahibəmdə qeyd etmişəm, bizim üçün ən yaxşı variant elə Rüstəm İbrahibəyovdur. Çünki Rüstəm İbrahimbəyov Azərbaycanda bir saat belə olsun siyasətlə məşğul olmayan insandır. Bir neçə filmin müəllifidir, onunla da öz işini yekunlaşdırıb. Heç bir zaman ictimai-siyasi həyatda, xalqın həlledici, taleyüklü məsələlərində, ağır zamanlarda Azərbaycan xalqı ilə bir yerdə olmayan insandır.
Mən o siyasi partiyaları, təşkilatları başa düşə bilmirəm. Hər bir siyasi partiyanın ən ali məqsədi, amalı seçkilərdə iştirak etmək, partiya sədrinin və partiyanın məsləhət bildiyi şəxsin namizədliyini irəli sürməkdir. Bu gün həmin partiya liderləri partiyalarından onların namizədliyinin irəli sürülməyəcəyindən ehtiyat etdiyinə, partiyalarında nüfuzlarının olmadığına görə başqa bir ictimai nümayəndəni özlərindən üstün tutduğuna görə onun namizədliyi ilə bağlı fikir söyləyirlər". Deputat həmçinin deyib ki, Rüstəm İbrahimbəyovun özü qeyri-ciddi adamdır. Bu seçkidir. Azərbaycanda seçkinin həyata keçirilməsi ilə bağlı "Seçki Məcəlləsi"nin tələbi var ki, oktyabrın üçüncü həftəsinin çərşənbə günü seçki keçirilir.
Hesablasaq, bu gün seçkilərə 70 gündən az vaxt qalır. Seçki müddəti isə iki aydır. Yəni on gündən sonra seçkilərə rəsmi start veriləcək. Bu günədək Rüstəm İbrahimbəyov dörd dəfə Azərbaycan ictimaiyyətinə məlumat göndərib ki, ayın 2-də Kinematoqrafçılar Günündə gəlirəm, iyulun 30-da, 31-də, avqustun 1-də gəlirəm və yaxud başqa vaxt gəlirəm. Bunun özü insanın məsələyə nə qədər ciddi yanaşmasından xəbər verir.İkinci bir tərəfdən Rüstəm İbrahimbəyov rəsmi qaydada namizəd deyil. 1-2 nəfər Milli Şurada olan insanın bəyanatı əsas şərt deyil. Çünki "Seçki Məcəlləsi"nin 53, 54-cü maddələrinə uyğun olaraq namizəd ya öz təşəbbüsü ilə təşəbbüs qrupu tərəfindən irəli sürülür və yaxud da namizəd siyasi partiyalar və siyasi partiyaların bloku tərəfindən irəli sürülür.
Fuad
Digər Xəbərlər
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06