MİLLİ ŞURA İNSTİTUTUNUN QİYABİ REKTORU
20:54 31-07-2013
CƏMİYYƏT
MİLLİ ŞURA İNSTİTUTUNUN QİYABİ REKTORU
Elan vermişdilər ki, mayın 28-də Milli Şura elan olunacaq. Çox möhtəşəm səslənirdi: "Elan olunacaq". Mən də oturmuşdum kompüterin qabağında, interneti izləyirdim. Elan olunmurdu ki, olunmurdu. Birdən xəbər gəldi ki, Milli Şuranın elan olunması təxirə salınır. Mən də bir sıravi vətəndaş kimi başa düşmədim ki, bunlar nə oyundur çıxarırlar? Elan edirsiniz edin bilək də... Sizin təbirinizcə desək, gələcəyimiz kimdir? Növbəti beşillikdə xalqımıza kim rəhbərlik edəcək?
Nəhayət, bütün günü bekar-bekar gəzəndən sonra nəhayət Şura üzvləri bir yerə yığılıb gecə saat 10-da Milli Şuranı elan etdilər. Daha sonra isə Bakıda olmayan Rüstəm İbrahimbəyovu sədr seçdilər. Əlbəttə ki, qiyabi. İndi onun adı müasirləşib. "Skayp" deyirlər.
İnciməyin burda bir tarixi məqam yadıma düşdü. Elçibəyin başını götürüb Kələkiyə qaçması və oradan Azərbaycan boyda bir dövlətə rəhbərlik edəcəyini bəyan etməsi. 1993-cü ildə bu çox gülməli görünürdü. Çünki "Skayp" da yox idi, internet də.
Nəhayət, Milli Şura təşəkkül tapdı. Vəzifələr bölündü. Bu dəfə ikili vətəndaşlıq gündəmə gəldi. Yəni ki, gələcək prezidentimiz həm ordandır, həm burdan. Tərəzinin də iki gözü var da… bilirsiniz. Lazım olsa oyana əyiləcək, lazım olsa…Görəsən bu boyda Şurada bir nəfər hüquqşünas yox idi ki, özlərinə rəhbər seçəndə bunu açıqlayaydı?
On gündür dəng olmuşuq ki, iyulun 31-i Rüstəm İbrahimbəyov Bakıya gəlir. Bir gün qalmış plan yenə dəyişdi. O gəlməkdənsə Milli Şura fəalları Tiflisə gediblər. Görəsən niyə? Bayaq Elçibəy yadıma düşmüşdü, indi də Rəsul Quliyev gəlib dayandı göz önümdə.
2005-ci ilin Parlament seçkiləri öncəsiydi. Dedilər ki, Rəsul Quliyev Amerikadan gəlir. Artıq ordan çıxıb da. Bütün televiziya, radio kanalları, qəzetlər başladılar canlı reportajlar yaymağa: "Təyyarə artıq Bakıya yaxınlaşırdı. Hava gəmisi Azərbaycan sərhədlərini keçəndə səmada xalqımızın "azadlıq günəşi" doğmağa başladı. Hava gözəlləşdi. Dedim ki, indi təyyarədən düşəcək. Hamıya nümayişkaranə əl edəcək. Qoluna qandal vurub aparacaqlar Bayıl türməsinə. Camaat da onun müdafiəsinə qalxacaq. Hakimiyyət də məcbur olub onu azad edəcək. Yeni "xilaskar" obrazı yaranacaq. Amma belə olmadı".
Demə təyyarəni sürən Bakı avtoşlarından biriymiş. Xaricdə belə şeylərə pis baxırlar, axı. Cəzası da böyükdür. Ona görə də Binə aeroportuna "zmeyka" eləməyə gəlib. Elədi də. Çox uğurlu alındı. "Zmeyka" edib təzədən qayıtdı Amerikaya. Heç benzin də doldurmadı. Dedi ki, Rəsulun vaxtında benzini təmiz buraxırdılar, indi isə qaz qarışdırırlar. "Paleslər" vurar.
Bu "zmeykadan" sonra 2 alimimiz türməyə getdi. Bir Xalq yazıçımız ona "dostum" deyib deputatlığa həsrət qaldı. İki vəzifəli adamımz da həm vəzifəsini itirdi, həm də azadlığını. Ətrafı da qaldı əziyyətdə.
Amma deyəsən Milli Şurada təmsil olunan adamlar doğurdan da savadlı insanlarmış. Mirzə Fətəli Axundovun da yaradıcılığını gözəl bilirlər. "Aldanmış kəvakib"i dəfələrlə oxuyublar. Bdzina İvanişvilini, Roza Otunbayevanı, Medvedyevi də tanıyırlar. Amma deyəsən Rüstəm İbrahimbəyov Sultan Səncər roluna da yaramadı. Kino başqa şeydir, həyat tam başqa bir şey.
Amma dəxli yoxdur. Yenə kompüterin qabağındayam. Qulağım səsdədir. Görüm bu dəfə hansı lox türməyə gedəcək, hansı nazir vəzifəsini itirəcək, hansı ziyalı deputatlığına həsrət qalacaq.
Mahir Qabiloğlu
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22