Xocalı faciəsinin ildönümü ilə əlaqədar "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov və "Azərenerji" ASC-nin sədri Baba Rzayev Xocalı soyqırımı abidəsini ziyarət ediblər.

"Unikal" xəbər verir ki, onlar soyqırımı abidəsinin önünə gül dəstələri düzüb, faciə qurbanlarını ehtiramla yad ediblər.

Qeyd edək ki, bu gün-26 fevral Xocalı faciəsinin 33-cü ildönümüdür.

Fotolar: Ayxan Məlikov