İqtidar-müxalifət dialoqu nə verəcək?
20:54 31-07-2013
CƏMİYYƏT
İqtidar-müxalifət dialoqu nə verəcək?
Prezident seçkilərindən öncə ölkədəki ictimai-siyasi ab-havanın mülayimləşməsi indiki geopolitik reallıqlar baxımından Azərbaycanın milli maraqları çərçivəsində olması hamıya aydındır. Buna görə də ölkəd siyasi dialoq mədəniyyətinin müntəzəm prosesə çevrilməsi ölkədəki bütün siyasi zümrələrin maraqlarına cavab verərdi. Amma bu dialoqlar, sadəcə, dialoq olub qalmaması şərtilə...
Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov müxalifət və iqtidar partiyaları arasında dialoqun həyata keçirilməsi ilə bağlı sualı cavablandırarkən deyib ki, "ATƏT-lə danışıqlar aparılır: "ATƏT-in həmişə olduğu kimi seçkiöncəsi partiya rəhbərləri və siyasi partiya funksionerlərini toplayaraq məşğələlər keçirilməsi və seçkinin keçirilməsi ilə bağlı narahat doğurucu məsələlər varsa, onların müzakirə olunub qərar qəbul olunması praktikası mövcuddur. Düşünürəm ki, bu ildə bu praktika olacaq. Biz seçki qabağı siyasi partiyalarla, xüsusilədə seçkiyə getmək iradəsini ortaya qoymuş siyasi partiya liderləri, rəhbərləri və siyasi partiya funksionerləri ilə görüşlər keçirəcəyik".
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadənin "Unikal"a söylədiyinə görə, "Dialoq siyasi mədəniyyətin mühüm tərkib hissələrindən biridir. Mən çox arzulayardım ki, bu cür dialoq1ar ekstremal vəziyyətlərdə, mühüm siyasi kampaniyalar və yaxud prezident seçkiləri ərəfəsində deyil, ümumiyyətlə, ilboyu müxtəlif problemlərlə bağlı həmişə təşkil ediləydi. ATƏT-in Bakı ofisinin iqtidarla müxalifət arasında dialoq təşkil etmək niyyətini alqışlayıram. Amma niyə bu dialoqları həmişə xarici təmsilçilər təşkil etməlidir? Axı bunu özümüz də edə bilərik".
Partiya sədrinin sözlərinə görə, "Hazırda Azərbaycan cəmiyyəti mühüm siyasi hadisələrin astanasındadır. Bu da sirr deyil ki, ölkədə keçiriləcək prezident seçkiləri zamanı müəyyən daxili və xarici qüvvələr vəziyyəti süni şəkildə gərginləşdirmək niyyətindədirlər ki, bu yolla Azərbaycan dövlətini hansısa güzəştlərə vadar etsinlər. Azərbaycan hökuməti bu gərginliyin yaranmasına yol verməyəcək qədər səriştəli və güclüdür. Ancaq hesab edirəm ki, siyasi görüş və dialoqların təşkili birinci növbədə siyasi qurumlarımızın və cəmiyyətimizn siyasi mədəniyyət səviyyəsinin yüksəlməsinə xidmət edə bilər və belə görüşlərin təşkil edilməsi zəruridir. Amma yenə də təkrar edirəm ki, belə dialoqlar mövsümi xarakter daşımamalıdır".
Müstəqil politoloq Ərəstun Oruclunun "Unikal"a söylədiyinə görə, "Siyasi dialoqla həll edilməyən problemlər ya şəffaf seçki qutularında həll edilir, ya da kütləvi küçə aksiyalarında. Hazırda Azərbaycanda çox kövrək siyasi durum var və belə bir vəziyyətdə siyasi dialoqların təşkili olduqca vacibdir. Bununla belə mən hesab edirəm ki, bu təşəbbüs zaman baxımından xeyli dərəcədə gecikmiş bir addım təsiri bağışlayır. Çünki prezident seçkilərinə çox az vaxt qalır. Məsələyə bu baxımdan yanaşanda tərəflərin bir-birlərinə qarşı hansı iddialarla və yaxud tələblərlə çıxş edəcəyi, lap yumşaq şəkildə desək, hansı təkliflər irəli sürəcəkləri, təxminən, aydındır. Və bu tələb və yaxud təkliflərin gerçəkləşdirlməsi üçün isə vaxt olduqca məhduddur. Buna görə də güman etmirəm ki, həmin xeyirxah təşəbbüs konkret və pozitiv nəticələr verə bilər".
Məzahir Avşar
Digər Xəbərlər
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06