Hacıbala Abutalıbov seçki ilində yeni işsizlər ordusu yaradır
21:09 01-08-2013
CƏMİYYƏT
Hacıbala Abutalıbov seçki ilində yeni işsizlər ordusu yaradır
Küçələrdəki dayanacaq nəzarətçilərini niyə çörəksiz qoyurlar?
"Qış bulvarı"nda yeraltı avtomobil dayanacağının açılması küçələr boyu avtomobil dayanacaqlarına nəzarət edənlərə baha başa gəlib. Onların hamısı ailələri üçün qazandığı gündəlik puldan məhrum olacaq.
Belə ki, iyulun 30-da Bakının mərkəzi rayonlarında yol kənarlarında işləyən onlarla dayanacaq nəzarətçisi polisə
aparılıb. Polis onlarla profilaktik söhbətlər aparıb və iş yerlərinin qanunsuz olduğunu bildirib. Çoxsaylı dayanacaq nəzarətçisi inzibati qaydada cərimələnib. Onlara bundan sonra yol kənarlarında avtomobilin saxlanmaması barədə xəbərdarlıq edilib.
İyulun 31-dən paytaxtın mərkəzi küçələrində dayanacaq nəzarətçiləri çox az-az gözə dəyib. Mərkəzi küçələrdə avtomobillərin dayanmasına imkan verilmir. Bəzi küçələrdə isə yalnız küçənin bir tərəfində avtomobillərin düz istiqamətdə ancaq bir sıra ilə dayanmasına icazə verilir.
Xatırladaq ki, Bakının mərkəzi rayonlarında yüzlərlə dayanacaq nəzarətçisi işləyir. Bu rayonlarda avtomobillərin dayanacaqda durmasının qiyməti 20 qəpikdən başlayaraq 2 manatadək dəyişir. Alınan pulların müqabilində hər hansı talon təqdim edilmir.
Dayanacaq nəzarətçiləri ilə söhbət zamanı bəlli olub ki, sadəcə hər küçə üzrə təhkim olunmuş adamlara gündəlik 10 manatdan 30 manatadək haqq ödənilir. Bu vergiyə cəlb edilməyən pulların hansı mərkəzdə toplanması da bəlli deyil. Bir çox ölkələrdə avtomobilləri mərkəzi küçələrdə saxlamaq qadağan deyil. Xüsusi müəyyən edilmiş küçələrdə avtomobili saxlayıb, yolun kənarındakı avtomata pul və ya bank kartını daxil etməklə pul ödənilir.
Eyni zamanda Avropa və Amerikada yol polisi yol kənarında qanunsuz saxlanmış avtomobillərin evakuasiyası ilə məşğul olmur. Bu işləri özəl şirkətlər həyata keçirir. Həmin şitkətlərin agentləri monosikllarla küçələrdə müşahidə aparır və qanunsuz saxlanmış avtomobilləri müəyyən edir. Azərbaycanda isə bütün bu işləri polis həyata keçirir.
Bəzi məlumatlara görə, küçələrdən dayanacaq nəzarətçilərinin yığışdırılması Hacıbala Abutalıbovun rəhbərlik etdiyi Bakı şəhər İcra Hakimiyyətinin istəyidir. "Qış bulvarı" projesinin "memar"ının Abutalıbov özü olduğunu nəzərə aldıqda həmin iddianın gerçək ola biləcəyinə şübhə qalmır.
Meriyanın həmin istəyinin nə ilə bağlı olduğu aydın deyil (mümkündür ki, bu "Qış bulvarı"ndakı avtodayanacağa müştəri toplamaq, dolayısı ilə yaxşı qazanc əldə etmək məqsədi daşısın). Bircə o bəllidir ki, seçki ilində yüzlərlə ailənin çörəyini kəsmək hökumətə qarşı yeni narazılar yaratmaqdan başqa bir şeyə yarıya bilməz.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00