"Şimali Atlantika Alyansı ABŞ prezidenti Donald Trampın mövqeyi ilə zəiflədiyi üçün Avropa ölkələri tək qalıb, onlar əvvəlki kimi NATO-ya arxalana bilmirlər".  

"Unikal" xəbər verir ki,  bunu Fransa prezidenti Emmanuel Makron “Le Figaro” qəzetinə müsahibəsində deyib. 

"Avropalılar tək qalıb, Şərqdə təhdid edilib, Qərbdə isə tərk edilib. Onlar artıq əvvəlki kimi NATO-ya arxalana bilməzlər, çünki o, Trampın mövqeyindən zəifləyib", - Makron bildirib.

 O əlavə edib ki, Fransa ordusu nüvə silahlarını tərəfdaş ölkələrdə yerləşdirə bilər ki, bu da döyüş başlıqları Avropada yerləşdirilən ABŞ-ni əvəz edəcək.

Gülayə Mecid