Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda bir milyon dollarlıq yaxta yanaraq yararsız hala düşüb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Bildirilir ki, yanğın anidən böyüdüyünə görə, yaxta digər gəmilərdən uzaqlaşdırılıb, daha sonra söndürülüb.

Yanğının başvermə səbəbləri araşdırılır.

Yaxtanın kimə aid olduğu açıqlanmır.

Ağarza Elçinoğlu