Hərbi ekspert Ədalət Verdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
"Unikal" xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Cinayət işində dövlət sirrini təşkil edən məlumatların olmasına görə məhkəmənin qapalı keçirilməsi ilə bağlı qərar verilib.
Baxış iclası martın 19-na təyin olunub.
Qeyd edək ki, Ədalət Verdiyev ötən ilin noyabr ayında saxlanılıb.