Bakıda sürücü "Azpetrol"dan şikayət edib.

"Unikal" xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib.

Sürücü bildirib ki, "BMW" markalı avtomobilinə "Azpetrol"a məxsus yanacaq doldurma məntəqəsindən "Aİ-95" markalı benzin vurub.

Yanacaq doldurduqdan sonra onun avtomobilində nasazlıq yaranıb. Belə ki, yanacaq nasosu sıradan çıxan avtomobil işə düşməyib.

Seymur Əli