"Biz Trampın Amerika qoşunlarını Suriyadan çıxarmasını gözləyirik".
"Unikal" xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
“Biz İŞİD-ə qarşı mübarizə üçün ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyaya alternativ olaraq regional dövlətlərlə koalisiya yaradacağıq. ABŞ, Fransa və İngiltərənin bir terror təşkilatını digərinə qarşı dəstəkləməsi səhv idi. Türkiyə əsgərləri Suriyanın şimalında PKK/YPG-nin İŞİD üzvlərini saxladığı düşərgə və həbsxanalara nəzarəti ələ keçirə bilər”, - deyə o bildirib.