Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən qatarların hərəkəti bərpa olunub. 

Bu barədə "Unikal"a ADY-dən bildirilib. 

Qeyd edilib ki, texniki nasazlıq aradan qaldırılıb.

*** 19:09

Hazırda qatarların hərəkətində gecikmələr müşahidə olunur.

ADY-dən "Unikal"a verilən məlumata görə, Bakı-Pirşağı-Sumqayıt qatarında texniki nasazlıq yarandığından yarım saat ləngiyib. Bu isə digər qatarların qrafikinə təsir edib. Hazırda problemin aradan qaldırılmasına çalışılır.