İsrailin energetika naziri Eli Koen Qəzza zolağına elektrik enerjisinin verilişinin dərhal dayandırılmasını əmr edib.

"Unikal" xəbər verir ki, bununla bağlı o, müvafiq əmr verib. 

"Biz bütün girovları azad etmək və HƏMAS-ın müharibədən bir gün sonra Qəzzada qalmamasını təmin etmək üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik", - nazir videomüraciətində bildirib.