Martın 9-u axşamdan 14-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə fasilələrlə dumanlı hava şəraitinin olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən xəbərə görə, dumanlı hava şəraiti ilə əlaqədar bəzi yerlərdə görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.