Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib.

"Unikal" xəbər verir ki, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov cəmiyyətin inkişafında Azərbaycan qadınlarının fəal rolundan danışıb. O söyləyib ki, Azərbaycan qadınlarının dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından daha əvvəl seçib-seçilmək hüququ qazanması yeni dövr tariximizin əlamətdar faktlarındandır.

E.Abasov qadınların cəmiyyətin inkişafında, ictimai, siyasi, mədəni, sosial sahələrdə onların əvəzolunmaz töhfələrini diqqətə çatdırıb.

Sonda xanımlara hədiyyələr təqdim olunub.