Ermənistanın Ararat rayonunda “VAZ” markalı minik maşını ilə sərnişin qatarı toqquşub. 

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, yol qəzası nəticəsində iki azyaşlı xəsarət alıb. Onların vəziyyəti son dərəcə ağır qiymətləndirilir. 

Qeyd olunub ki, martın 5-də baş vermiş qəza nəticəsində uşaqların valideynləri ölüb, özləri isə hazırda reanimasiyadadırlar.

İlkin məlumata görə, İrəvan-Yerasx marşrutu ilə hərəkət edən qatarla toqquşmaya səbəb avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozması olub.

Ağarza Elçinoğlu