Suriyanın Latakiya əyalətində keçid hökumətinin təhlükəsizlik qüvvələrinin bir üzvü ölüb, ikisi yaralanıb. Onlar pusquya düşüblər.
"Unikal" SANA agentliyinə istinadən xəbər verir ki, İctimai Təhlükəsizlik Departamentinin patrulu Əl-Haffa şəhəri yaxınlığında pusquya düşüb.
Xatırladaq ki, martın 6-da Latakiya, Tartus və Hüms vilayətlərində Suriyanın yeni iqtidarına tabe olan təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarlarının silahlı qruplaşmaları arasında toqquşmalar baş verib. Ən şiddətli atışmalar Cəbələ şəhərində qeydə alınıb.