Şimal dənizinin Britaniya sahillərində "Solong" gəmisi neft tankerinə çırpılıb. 

"Unikal" xəbər verir ki, "Solong" gəmisində zəhərli natrium sianid olub. Ümumilikdə sianid 15 konteynerdə daşınıb. Konteyner gəmisinin göyərtəsində spirt olduğu da iddia edilir.

Toqquşmadan sonra yanğın başlayıb. 

Natrium-sianid həm insanlarda, həm də heyvanlarda boğulma və ürək çatışmazlığına səbəb olan təhlükəli bir maddədir.

*** 17:56

Şimal dənizinin Yorkşir sahillərində "Stena Immaculate" adlı ABŞ-yə məxsus neft tankeri və "Solong" (Portuqaliya) yük gəmisi toqquşub. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, toqquşmadan sonra neft tankeri yanıb. 

Hadisəni Böyük Britaniya Sahil Mühafizəsi təsdiqləyib.

Hazırda hadisə yerində genişmiqyaslı xilasetmə işləri aparılır. Hadisə yerinə bir neçə xilasedici qayıq və bir helikopter göndərilib. Tələfat və mümkün fəsadlar barədə hələlik məlumat yoxdur.

Ağarza Elçinoğlu