İki nazir arasında qalan vətəndaşlar
18:27 13-08-2013
CƏMİYYƏT
İki nazir arasında qalan vətəndaşlar
Füzuli Ələkbərovla Oqtay Şirəliyevin nazirlikləri əlilləri incidir
Azərbaycanda xeyli sayda əlil insan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səhiyyə Nazirliyi arasında qalıb. Onların müalicəsi bu iki nazirlikdən asılı olsa da, son nəticədə Füzuli Ələkbərovla Oqtay Şirəliyevin rəhbərlik etdikləri nazirliklər onları bir-birlərinin üstünə göndərmək məcburiyyəti qarşısında qoyublar.
Bunu əlillərin istər yuxarı dövlət instansiyalarına, istərsə də mətbuata ünvanladıqları şikayətlər də təsdiqləyir. Məsələn, Bakıda arabasız qalan, ümumi xəstəliyə görə I qrup əlil olan Rəfael Quliyevin şikayətində deyilir ki, dövlət tərəfindən hər üç ildə bir dəfə əlil arabası ilə təmin olunmalı olduğu halda, bu haqqından yararlana bilmir:"Dövlət vəsaiti hesabına ildə bir neçə dəfə müalicə almalıyam, amma cəmi bir dəfə bu imkandan istifadə etməyə şərait yaradırlar. Müalicəni də ilin soyuq aylarına salırlar və nəticədə müalicənin təsiri olmur. Hazırda isə Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin arasında qalmışam. Xəstəxanada müalicə də pulludur, baxmayaraq ki, dövlət xəstəxanasıdır. İmkanı olanlar növbəsiz istədikləri vaxt gedib müalicə alırlar. Mənim kimi imkansızlar isə aylarla növbədə durur".Düzdür, bu cür şikayətlərə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bir qayda olaraq bildirirlər ki, vətəndaşın məsələsi müsbət yöndə həll ediləcək, yetər ki, o, bunun üçün həmin şəxs nazirliyə müraciət etsin. Amma reallıq durumun tamam fərqli olduğunu göstərir. Belə ki, Füzuli Ələkbərovla Oqtay Şirəliyevin nazirliyi xüsusilə əlillərin pulsuz müayinə və müalicəsi məsələsində əsas məsuliyyəti bir-birlərinin üzərinə atır, nəticədə vətəndaşlar get-gələ salınır, əksər hallarda istəyinə çatan əlillər üçün elə vəziyyət yaranır ki, ya pulsuz müayinə və müalicə onlar üçün pulluya çevrilir, ya da müayinə və müalicənin zamanı doğru seçilmədiyindən o əlil üçün xeyli dərəcədə effektsiz təsir bağışlayır.Ekspertlər hesab edir ki, iki nazirlik bu məsələdə indiyədək davam edən və vətəndaşlarda narazılıq yaradan vəziyyəti dəyişdirmək üçün əməli addımlar atmalıdırlar. Xüsusilə hər iki nazirliyin məlum məsələ ilə bağlı statusları konkretləşdirilməlidir. Əks halda narazılıqların artan xətt üzrə davam etməsi qaçılmazdır.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22