Rusiya prezidenti Vladimir Putin “Rossotrudniçestvo”nun ictimai şurasının rəhbəri İqor Çaykanın agentlik rəhbərinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
"Unikal" xəbər verir ki, sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.
“İqor Yuryeviç Çayka Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin rəhbərinin müavini təyin edilsin”, – sərəncamın mətnində deyilir.
İqor Çayka 2021-ci ildən "Rossotrudniçestvo"da ictimai şuraya rəhbərlik edir, eyni zamanda sahibkar və “Delovaya Rossiya” assosiasiyasının əlaqələndirmə şurasının üzvüdür.