Ermənistanda 9 nəfərdən ibarət ekspedisiya qrupu Araqats dağının şimal zirvəsində qar uçqunu altında qalıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb. 

Qeyd olunub ki, onlardan 8-i xilas edilib, bir nəfər isə itkin düşüb. 

Daxili İşlər Nazirliyi (DİN) və Fövqəladə Hallar Nazirliyinin rayon xilasetmə hissəsinin əməliyyat qrupu və Xilasetmə qüvvələri xüsusi xilasetmə işlərinin həyata keçirilməsi üçün hadisə yerinə göndərilib. 

Ağarza Elçinoğlu