Ciddədə ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar 9 saata yaxın davam edib.

"Unikal" xəbər verir ki, Ağ Ev görüşü müsbət və məhsuldar adlandırıb. 

Görüşün nəticələrinə əsasən, ABŞ Ukraynaya kəşfiyyat və hərbi yardımı dərhal bərpa edəcək. Danışıqların yekunu üzrə Kiyevin yaydığı bəyanatda deyilir ki, ABŞ və Ukrayna mineral ehtiyatlar üzrə sazişi mümkün qədər tez bağlamaq barədə razılığa gəliblər.

Birləşmiş Ştatlar Ukraynada tezliklə atəşkəsə və münaqişənin həlli üçün danışıqlara keçidə ümid edir. Həmçinin, Ukraynada atəşkəslə bağlı təklifləri bir neçə kanal vasitəsilə Rusiyaya çatdıracaq və müsbət cavaba ümid edəcək.

Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməyə hazır olduğunu bildirib.