Xəbər verdiyimiz kimi, Gəncədə azyaşlı hovuza düşüb.

TƏBİB-dən "Unikal"a verilən məlumata görə, 11.03.2025-ci il tarixində saat 18:40 radələrində 2023-cü il təvəllüdlü şəxs (kişi cinsli) suda boğulma diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ağır vəziyyətdə olan azyaşlının həkimlərin səyi nəticəsində həyatı xilas olunub, ona zəruri tibbi xidmətlər göstərilib. 

Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Tural Əhmədov