"Müasir konstitusiyada qadın hüquqları əsas prioritetlərdən biridir. İndi də bəzən spekulyasiya mövzusuna çevrilmiş uşaq müavinətləri məsələsi konstitusiyada birbaşa əksini tapıb".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin ictimai dinləməsində parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli deyib.

Komitə sədri bildirib ki, hakim korpusunda son illər ərzində xanımlar üstünlük təşkil edirlər: "Hesab edirəm ki, Azərbaycanda qadın-kişi bərabərliyinin real mövcudluğu tam təmin olunub".

Anar Kəlbiyev