Fəzail Ağamalı ilə Zahid Oruc üz-üzə gəldi
23:19 14-08-2013
CƏMİYYƏT
Fəzail Ağamalı ilə Zahid Oruc üz-üzə gəldi
Zahid Oruc: "Prezidentliyə namizədliyim şəxsi qərarımdır, təmsil olduğum partiya ilə razılaşdırılmayıb"
"Azərbaycan prezidentliyinə namizədliyim şəxsi qərarımdır, bu qərarın təmsil olunduğum partiya ilə heç bir əlaqəsi yoxdur". Bu açıqlamanı Mərkəzi Seçki Komissiyasına (MSK) prezidentliyə namizədliklə bağlı sənədlərini təqdim edən Ana Vətən partiyasının sədr müavini, deputat Zahid Oruc bildirib.
Z. Oruc qeyd edib ki, bu qərar onun müstəqil qərarı olduğu üçün təmsil etdiyi partiya ilə razılaşdırılmayıb: "Bunun ayrı siyasi məntiqi ola bilməzdi. Çünki bir təşkilat faktiki olaraq İlham Əliyevin namizədliyini dəstəklədiyi halda paralel olaraq başqa birisinin namizədliyini irəli sürə bilməzdi. Mənim addımımın partiyada anlayışla qarşılanacağına əminəm və əgər buna adekvat hansısa qərarlar veriləcəksə, o qərarlara hörmətlə yanaşacağam".
Z. Oruc namizədliyinin irəli sürülməsini şərh edərək bildirib ki, bu addımı bu günə qədər tapındığı platforma və fəaliyyətlə heç bir ziddiyyət yaratmır.
"Rəhbərlik etdiyim partiyanın Ali Məclisinin üzvü olan Zahid Orucun prezidentliyə namizədliklə bağlı atdığı addım partiyanın ali orqanının qərarına tamamilə ziddir". Bu açıqlamanı isə Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı verib.
O qeyd edib ki, Ana Vətən Partiyasının ali orqanı olan VI qurultay qarşıdan gələn prezident seçkilərində öz namizədini müəyyənləşdirib: "Biz İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı qərar qəbul etmişik. Deməli, Zahid Orucun atdığı addım partiyanın VI qurultayının qərarı ilə tam ziddiyyət təşkil edir. Ən azı nəzərə alaq ki, həmin qurultayda Zahid Oruc partiyanın Ali Məclisinin üzvü seçilib. Ona görə də düşünürəm ki, o bu addımı atarkən bunu qurultayın qərarı ilə uzlaşdırmalı idi. Əgər uzlaşdırmayıbsa, deməli bizimlə ziddiyyət yaradıb. O partiyanın qərarının əksinə addım atıb və artıq bu gün bizim namizədimiz İlham Əliyevə alternativ olub".
F. Ağamalı qeyd edib ki, partiya Z. Orucun bu addımı ilə bağlı ölçü götürəcək: "Bu məsələ partiyada müzakirə olunacaq və müvafiq qərar veriləcək. O partiyadan çıxarıla da bilər".
Qeyd edək ki, Ana Vətən Partiyasının Ali Məclisinin üzvü, deputat Zahid Oruc prezident seçkisində iştirak etmək üçün MSK-ya müraciət edib.
Fuad
Digər Xəbərlər
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00
2024-12-24 16:09:52