Vladimir Putin hələ Bakıya gəlməmiş Azərbaycana qarşı hərəkətə keçib
23:22 14-08-2013
CƏMİYYƏT
Vladimir Putin hələ Bakıya gəlməmiş Azərbaycana qarşı hərəkətə keçib
Prezident seçkilərindən öncə Rusiyanın Azərbaycana qarşı müxtəlif formalarda təzyiqlər göstərəcəyi haqda analitklərin verdikləri proqnozlar artıq gerçəkləşməyə başlayır.
Yada salaq ki, analitiklər bu təzyiq formalarından biri kimi bir tikə çörək pulu qazanmaq üçün Rusiyada sığınacaq tapmış həmvətənlərimizin oradan deportasiya olunmaq ehtimalının yüksək olduğunu vurğulayırdılar.
Budur, artıq başlanıb...
Rusiya KİV xəbər verir ki, bir müddət əvvəl Moskvada miqrantlara qarşı keçirilmiş əməliyyatların ikinci mərhələsi başlayır. Hazırda Rusiya ərazisində qanunsuz əmək fəaliyyəti ilə məşğul olmuş əcnəbilərin vətənlərinə göndərilməsi üzərində iş gedir. Qaydalara əsasən, çadır düşərgədə saxlanılan miqrantların Rusiyadan xaric edilməsi üçün onları qəbul edən tərəfdən rəsmi sənəd verilməlidir. Düşərgədə saxlanılan əcnəbilərin üçdə birinə bu sənədlər verilib. Artıq bir qrup (onların əksəri Vyetnamdandır) Rusiyadan deportasiya olunub. Misir, Mərakeş Suriya, Qırğızıstan, Azərbaycan və Özbəkistandan olan minə yaxın miqrantların da yaxın vaxtlarda öz ölkələrinə göndərilməsi nəzərdə tutulur.
Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlunun "Unikal"a bildirdiyinə görə, "Dövlətlərin əmək mühacirlərinə qarşı yürütdüyü syasət konkret qanunvericilik aktlarına əsaslansa da, bir sıra məqamlarda maxinasiyalara da yol verilir. Soydaşlarımızın Rusiyadan deportasiya ediləcəyi ilə bağlı xəbərlər dəqiq şəkildə araşdırılmalıdır. Ola bilər ki, saxlanılan şəxslərin içində, həqiqətən də, bu ölkənin müvafiq qanunlarını pozmuş şəxslər var. Belə olan halda onların miqrsiya xidmətinin göstərişi ilə saxlanılması və deportasiya üçün hazırlıq getməsi tam qanunauyğun bir proseduradır".
Hüquq müdafiəçisinin sözlərinə görə, "Siyasi proseslər barədə fikir yürütmək istəmirəm. Ancaq görünən budur ki, son zamanlar Azərbaycan-Rusiya münasibətlərində çoxlu problemlər yaşanmaqdadır. Bu gərginlik davam edərsə, istər-istəməz Rusiyada yaşayan soydaşlarımızın xoşagəlməz problemləri ortalığa çıxacaq. Düşünmürəm ki, Rusiya vətəndaşlığı olan həmvətənlərimiz də repressiyalara məruz qala bilər. Əgər bu tendensiya müşahidə edilsə, biz onların fəal şəkildə müdafiəsinə qalxacağıq".
Vətəndaş və İnkişaf partiyasının sədri Əli Əliyevin "Unikal"a söylədiyinə görə, "Bu ilin qışından başlayaraq Rusiya Azərbaycana qarşı bir sıra sərt addımlar atmağı planlaşdırıb. Milyarderlər İttifaqının yaradılması, Mili Şura proyekti, Dumada miqrantlar barədə qəbul edilmiş qanun bu tədbirlərin tərkib hissəsi kimi dəyərləndirilməlidir. Rusiya hər vəchlə Azərbaycanı Avrasiya İttifaqına qatmaq istəyir. İndi də Rusiyada miqrant ovu başlanıb".
Partiya sədrinin sözlərinə görə, "Bütün bu təzyiqlərə baxmayaraq, Rusiyanın məkrli planlarına qarşı birləşmək və Azərbaycanın dövlət müstəqilliyini qorumaq lazımdır".
Natiq Oruclu
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22