Bakıda silah-sursat aşkarlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Binəqədi və Yasamal rayonları ərazisindən 1 avtomat silahı, 1 tapança, 1 patron darağı və 4 ədəd patron tapılaraq götürülüb.
Paytaxtın Nəsimi rayonu ərazisində üç nəfər şəhər sakini 3 avtomat silahı və 14 ədəd patronu könüllü olaraq polisə təhvil verib.
Araşdırmalar aparılır.