Londonun cənub-şərqində elektrik yarımstansiyasında güclü partlayış baş verib, Hitrou hava limanı elektriksiz qalıb.
"Unikal" xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Nəşr qeyd edir ki, partlayış Heys rayonunda baş verib. Hadisə yerində güclü yanğın baş verib.
Yerli hakimiyyət orqanları güclü alov səbəbindən sakinləri və işçiləri yaxınlıqdakı müəssisələrdən təxliyə etmək qərarına gəlib.
Londonun Hitrou hava limanı yanğına görə müvəqqəti bağlandığını elan edib.