Bakıda qadın bayram günü dəm qazından boğulub.

"Unikal" xəbər verir ki, hadisə martın 21-də Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsinda qeydə alınıb.

1979-cu il təvəllüdlü Maxsudova Gülövşə Şaban qızı yaşadığı mənzilin hamam otağında dəm qazından zəhərlənərək vəfat edib.

Araşdırma aparılır.