Gəncədə zəncirvari qəza olub, xəsarət alanlar var.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospekti ilə Şəddadilər küçəsinin kəsişməsində qeydə alınıb. Hərəkətdə olan "Mersedec" ,"Mazda" və "KİA" markalı minik maşınları toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov