Zaqatala rayonunun Muxax kəndində ümumi sahəsi 150 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 50 m² sahədə və şüşə-pambıqdan ibarət dam örtüyü 100 m² sahədə yanıb.
FHN-dən "Unikal"a verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Zaqatalada evdə yanğın olub, ölən var.
"Unikal" xəbər verir ki, hadisə rayonun Muxax kəndində 1940-cı il təvəlüdlü Ömərova Gözəl Xalıq qızına məxsus yaşayış evində qeydə alınıb.
Yanğın yerinə Zaqatala rayon YMH-nin yanğınsöndürən texnikaları cəlb olunub.
Ümumi sahəsi 150 m² olan 1 otaqlı yaşayış evinin bir otağının 50 m² hissəsi və çardağının 20 m² hissəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın zamanı evdə olan 1972-ci il təvvəlüdlü Ömərova Arzu İbrahim qızı yanaraq həyatını itirib.
Seymur Əli