Abşeron rayonunun Masazır kəndində ümumi sahəsi 110 m² olan sexin dam örtüyünün taxta atmaları, içərisində 1 ədəd plastikdən ibarət qapı və avadanlıqlar yanıb.
"Unikal" FHN-nin saytına istinadən xəbər verir ki, sexin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
Həmçinin, Masazır kəndində ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Hökməli qəsəbəsində isə ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Hər üç yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.