Tovuzda minik maşını aşıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Belə ki, Elnur Alızadənin idarə etdiyi "VAZ 2106" markalı minik maşını ilə hərəkətdə olan zaman avtomobil idarəetmədən çıxaraq aşıb.
Qəza zamanı xəsarət alan olmasa da, avtomobil yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov