Gəncədə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
Belə ki, 1 saylı xətt üzrə işləyən "Hyundai" maraklı sərnişin avtobusu ilə minik maşını toqquşub. Qəza zamanı 1983-cü il təvəllüdlü T.Orucova və 1978-ci il təvəllüdlü Z.Bayramova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov