Mingəçevirdə istifadəsiz qalan bağçada yanğın olub.
"Unikal"ın məlumatına görə, hadisə Puşkin küçəsində yerləşən 8 saylı Mingəçevir uşaq bağçasının istifadə olunmayan binasında baş verib.
Hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadası yanğının böyüməsinin qarşısını alıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, son vaxtlar adıçəkilən ərazidə tez-tez yanğın hadisəsi olur.
Ehtiram Muradov