Bakının Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, yolu keçmək istəyən 2006-cı il təvəllüdlü Qələndərova Nəzrin Yalçın qızını avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.