Gəncədə  zavodda su qızdırıcısının partlaması zamanı ağır yanıq xəsarəti alan şəxs bu gün səhər saatlarında xəstəxanada ölüb.

"Unikal"ın məlumatına görə, yanıq xəsarətləri alan 1968-ci il təvəllüdlü Ə.Xudiyev müacilə aldığı xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Xatırldaq ki, hadisə mart ayının16-da Gəncə Cihazqayırma zavodunda qeydə alınıb. Zavoda işləyən Ə.Xudiyev sözügedən zavodun vanna otağında duş qəbul edən zaman su qızdırıcı partlayıb, nəticədə o ağır yanıq xəsarətləri almışdı.

Faktla bağlı Gəncə şəhər prokrorluğunda  araşdırma aparılır.

Tural Əhmədov