Yevlaxda daha bir sərnişin avtobusu qəzaya düşüb.
"Unikal"ın məlumatına görə, hadisə Xaldan qəsəbəsində Şəki yol dairəsi deyilən ərazidə baş verib. Xaldan-Mingəçevir marşurutu ilə hərəkət edən "Ford" markalı sərnişin mikroavtobusu "Vaz 21 12" ilə toqquşub. Hadisə zamanı zərərçəkənlərin olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov