Abşeron rayon ərazisində avtobus minik maşını ilə toqquşub. 

"Unikal" xəbər verir ki, ötən gün baş verən qəza Masazırda yerləşən Duz gölünün yaxınlığında qeydə alınıb.

"535" nömrəli marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı avtobusla "Mercedes" toqquşub.

Qəza nəticəsində bir nəfər xəsarət alıb.

TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 27.03.2025-ci il tarixində saat 15:30 radələrində Masazır gölü ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə müraciət daxil olub.  Təcili tibbi yardım briqadası tərəfindən 58 yaşlı şəxs (qadın cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli