Mingəçevirdə evdə qadın meyiti aşkarlanıb.

"Unikal"ın məlumatına görə, hadisə Təbriz küçəsində baş verib. Həmin evdə aşkarlanan meyitin 1954-cü il təvəllüdlü Gülçöhrə Əhmədovaya məxsus olduğu müəyyən olunub. İlkin baxış zamanı qadının üzərində hər hansı zorakıllq əlaməti müəyyən edilməyib. Meyiti aşkarlanan qadının qaraciyər serrozu xəstəliyindən əziyyət çəkdiyi  bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov