Gəncədə yeniyetimə dəm qazından zəhərlənib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. Belə ki, 2011-ci il təvəllüdlü F.Səfərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal yeniyetmə qıza yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, F.Səfərova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov