Gəncədə piyada yol qəzasında ölüb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində baş verib. Hərəkətdə olan "Mercedes" markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1949-cu il təvəllüdlü Y.İsayevi vurub. Piyada xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov