Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107" ilə "KİA "markalı minik maşınları toqquşub. Qəza zamanı "VAZ"ın sürücüsü Goranboy sakini 22 yaşlı H.Həsənov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov