Sosial şəbəkədə açıq şəkildə rusiyalı Deputat Yelena Yampolskayanı yandırmağa çağıran şəxs saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə "Baza" Teleqram kanalı məlumat yayıb.

33 yaşlı Vladimir bu çağırışı sosial şəbəkədə 2019-cu ilin fevral ayının əvvəlində Yampolskaya təqaüdçülərə “ağlamağı dayandırmağı, rahatlıq zonasından çıxmağı və tənbəlliklə mübarizə aparmağı öyrənməyi” tövsiyə etdikdən sonra yayımlayıb. 2021-ci ildə bu adam həmçinin yaşadığı Mejdureçensk şəhərinin merini zəif fəaliyyətinə görə "sıxışdırmağı" təklif edib.

2025-ci ilin aprelində Vladimirə qarşı terror fəaliyyətinə açıq çağırışlara görə cinayət işi açılıb. O, uzunmüddətli axtarışdan sonra saxlanılıb.