Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyənin ana müxalifəti olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özelə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın administrasiyası ilə bağlı açıqlamalarından sonra onu “yerini bilməyə” çağırıb.

"Unikal" xəbər verir ki, onun sözlərinə görə, xalqın dəstəyi ilə Türkiyə hökuməti uzun illər ölkəyə xidmət edib və hər cür qəyyumluğa qarşı mübarizə aparıb.

Fidan bildirib ki, prezident administrasiyası türk xalqından başqa heç kimdən əmr almayıb, heç kimdən razılıq istəməyib.

“Özel uzun illər xalqın iradəsinə qarşı çevrilişlərin kölgəsində siyasət yürüdən ənənəni təmsil edir", - deyə Fidan bildirib.