ABŞ-nin ən qəribə evlərindən biri hesab edilən “Sirli Vinçester Evi” kimi tanınan malikanə Kaliforniyanın San-Xose şəhərində yerləşir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, malikanə məşhur silah istehsalçısı "Winchester Repeating Arms" şirkətinin varisi Sarah Vinçester tərəfindən inşa edilib.
Malikanəni digər strukturlardan fərqləndirən bir çox özəllikləri mövcuddur. Viktoriya üslubunda olan bu dördmərtəbəli binanın 160 otağı olsa da, onu unikal edən bu rəqəmlər deyil. malikanə; heç bir yerə aparmayan spiral pilləkənlər, yalnız divarlara açılan qapılar və çaşqın dəhlizlərlə doludur. Hesablamalara görə, strukturun içərisində 2000-dən çox qapı var. Otaqlar bir-biri ilə uyğunsuz şəkildə bağlıdır, bəziləri yalnız bir divarla bitir.
1886-cı ildə tikilməyə başlayan mülk barəsində əfsanələr də az deyil. Ehtimal olunur ki, Sarah Vinçester evi ailəsinin istehsal etdiyi tüfənglərlə ölən insanların ruhlarından qorxduğu üçün tikdirib.
Lakin "Winchester Mystery House2un rəsmi tarixçisi Janan Boehme bildirib ki, bu hekayələr əsasən uydurmadır.
Sarah Vinçesterin ölümündən (1922) qısa müddət sonra ev investorlara satılıb və 1923-cü ildə Con və Mayme Braun tərəfindən ictimaiyyətə açılıb. Əvvəlcə əyləncə parkına çevrilməsi nəzərdə tutulan malikanə ictimai etirazlar sayəsində ilkin vəziyyətində saxlanılıb.
Gülayə Mecid