Fransa hakimiyyəti bu ilin yayında Fələstini dövlət kimi tanıya bilər.

"Unikal" xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron "France 5" telekanalında çıxışında deyib. 

"Məqsədimiz iyun ayında Səudiyyə Ərəbistanı ilə bir konfransa həmsədrlik etməkdir və burada bir neçə ölkə tərəfindən qarşılıqlı tanınma üçün hərəkatı yekunlaşdıra bilərik", - deyə makron qeyd edib. 

Xatırladaq ki, 2024-cü ildə Makron artıq Fransanın Fələstini tanımağa hazır olduğunu bildirib. Eyni zamanda, o vurğulayıb ki, bu cür tanınma “uyğun zamanda” baş verməlidir ki, bu, region dövlətlərinin sadiq olduğu “prosesin bir hissəsi”nə çevrilsin.