Ukrayna Silahlı Qüvvələrinin qoşunlarının Kursk vilayətində səkkiz ay saxlanması Kiyevə və onun Qərb tərəfdaşlarına 2,4 milyard dollara başa gəlib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın "RİA Novosti" agentliyi məlumat dərc edib.  

Bildirilir ki, bu məbləğə pul müavinəti, yemək, geyim və digər xərclər daxildir.

"Bu da hər bir döyüşçü üçün orta hesabla ayda təxminən 5000 dollar təşkil edir", - agentlik yazıb. 

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri ötən ilin avqustun 6-da Rusiyanın Kursk vilayətinə hücuma keçib.  

Gülayə Mecid