Mart ayında Qazaxıstan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə 144 min ton neft yükləyib.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazıb. 

“KazTransoil” nəqliyyat şirkətinin məlumatına görə, şirkət aprel ayında Aktau limanından BTC boru kəməri ilə neft nəql etməyi planlaşdırır ki, bu da Energetika Nazirliyi tərəfindən təsdiq edilmiş nəql qrafikinə uyğun olaraq baş tutacaq.

BTC Qazaxıstan nefti ilə əsasən "Tengizşevroyl" yatağından təmin edilir və bu neft tankerlərlə Xəzər dənizi vasitəsilə Aktau limanından Azərbaycanın Bakı limanına nəql edilir.

Qazaxıstan BTC boru kəməri ilə neft ixracını ildə 1,5 milyon tondan 20 milyon tona çatdırmağı düşünür.

Ağarza Elçinoğlu