Səudiyyə Ərəbistanının Mədinə ilə Təbuk arasında yerləşən Mədain Salih bölgəsində çoxlu sayda insanın iştirakı ilə şənlik keçirilib.

"Unikal" xəbər verir ki, əyləncənin görüntüləri sosial mediada geniş yer alıb. Gecənin keçirildiyi ərazi də diqqət çəkib.

Mədain Saleh Səmud qəbiləsinin vətəni kimi tanınır. İslam dinində müqəddəs sayılan Saleh peyğəmbər Səmud qövmündə yaşayırdı. Səmud qövmü Nuh peyğəmbərin kötücəsi Səmud ibni Amirin və ya Səmud ibn Adın övladları hesab olunur. 

Gülayə Mecid